İnformasiya Texnologiyalarına texniki dəstək xidməti – informasiya sistemlərinin fasiləsiz işləməsi, istifadəçilərin lazım olduğu zamanda doğru və profesyonal dəstəyi ala bilməsi, şirkətlərin İT xidmətlərindən aldığı səmərənin ən yüksək həddə olması üçün vacib şərtdir.
Şirkətimiz müştəri mərkəzli yaxınlaşma ilə müştərilərimizə, arzuladıqları səviyyədə dəstəyi 7x24 fasiləsiz olaraq təqdim edir.
Texnologiyanın sürətlə dəyişdiyi bir dövrdə yüzlərlə müasir həlləri özündə birləşdirib xidmətlər toplusu yardan və ən böyük bulud məlumat mərkəzlərinə sahib olan Microsoft-un rəsmi olaraq Azərbaycandakı əsas Bulud tərəfdaşlarından biri kimi, yerli və beynəlxalq mütəxəssislərimiz vasitəsilə Microsoft Azure, Office 365, Azure ATP, Intune və s. kimi Bulud servislərinin geniş çərçivədə xidmətlərinin satışını, eyni zamanda tətbiq və texniki dəstəyini həyata keçiririk.
IT-nin bir çox istiqamətlərində infrastrukturunuzun əsaslı analizini, server, şəbəkə, təhlükəsizlik və digər texnologiyalar üzrə geniş həcmli Audit xidmətlərini, IT standartlarının tətbiqində təcrübəli mütəxəssislərimizin tövsiyələrini və həllərini təklif edirik.
Şirkətinizə özəl Korporativ E-mail, şirkətinizin daim artan kommunikasiya xərclərini azaldaraq, biznes ehtiyaclarının dəyişməsinə sürətlə cavab verən təhlükəsiz bir e-poçt sistemidir. Onun etibarlı infrastrukturlu və istənilən yerdən əlçatan olması biznesinizə çox yönlü xidmət təklif edir. Hər yerdə kəsintisiz bir şəkildə E-poçtlarınıza fasiləsiz daxil ola, oxuya və idarə edə bilərsiniz. Asan quraşdırma, fasiləsiz giriş, təhlükəsiz şifrələmə e-poçtlarınızı hər an yanınızda daşıya bilərsiniz.
Fiziki serverlərdən fərqli olaraq onların virtual obrazlarının yaradılması ilə müşayət olunan sistemlərdir. Virtuallaşdırmadan tətbiqlər, serverlər, yaddaş sistemləri və şəbəkələr üçün istifadə edilə bilər. Bu sistemlər şirkətlərin həm büdcəsinə, həm də yerinə qənaət etməklə kifayət qədər optimal və idarəolunması rahat olan sistemlərdir.
Kompüter texnologiyaları artıq biznesin hər yönündə öz təsdiqini tapmış və bütün işlər artıq proqram təminatları ilə yerinə yetirilməkdədir. Biz də AtaTexnologiya şirkəti olaraq sizin biznesinizin avtomatlaşdırılmasında eyni zamanda var olan sistemin optimallaşdırmasını təklif edir. Sifarişçilərin istəklərinə uyğun texniki tapşırıq yazılır və düzgün texnologiyalar seçilərək proqram təminatı standartlarını qoruyaraq yüksək səviyyədə müasir həllər yaradır. Proqram təminatı istəkləriniz internet layihələrinən tutmuş çox şaxəli klient-server arxitekturalı həllər ola bilər. Biz həmçinin işlətdiyiniz sistemləri optimazyasını və başqa sistemlərə inteqrasyasını təklif edirik.
Şirkətimiz lokal və ya geniş əraziyə yayılmış məlumatötürmə şəbəkələrin qurulması üzrə təhlükəsiz, etibarlı həllərin yaradılması və dəstəklənməsi, telefoniya həllərinin tətbiq olunması, müxtəlif şəbəkə servislərinin, o cümlədən, səsli, videoötürmə və s. servislər üzrə keyfiyyətli xidmət təqdim edir. Biznesinizin tələbatlarına uyğun olaraq seçdiyiniz xidmətlərimizdən faydalanaraq, nəinki telekommunikasiya texnologiyalarının müsbət təsirini artırmaq, eləcə də IT sahəsinə xərclədiyiniz vəsaitləri optimallaşdırmaq mümkündür.
Biz müəssisələrin proqramlarının, korporativ sistemlərinin və İT-infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə informasiya təhlükəsizliyi sahəsində xidmətlərin tam spektrini təqdim edirik:
Başlanğıc kodun auditi
Sistemə daxil olmanın mümkünlüyünün sınaqdan keçirilməsi
Sistemlərin informasiya təhlükəsizliyi üzrə məsləhətlərin verilməsi
Şirkətimiz ənənəvi İT xidmət quruluşuna fərqli yanaşır. Hər bir müştəriyə fərdi yanaşma əsas hədəfimizdir. Xidmətlərimiz şəffaflıq, aydınlıq və hər şeydən əvvəl biznes yeniliyi prinsipləri üzərində qurulub. Xidmətlərimizə yalnız köməkçi avadanlıq kimi baxmırıq, işinizin unikal olduğunu və iş məqsədlərinizə çatmaq üçün vacib olan metodların olduğunu başa düşürük. Xidmətlərimiz, müştərilərimizə texniki etibarsızlığı rutinin öhdəsindən gəlməyə kömək etmək üçün hazırlanmışdır və bunlar hamısı optimal işləmə elementləridir.